Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Q. Qarayev prospektində 2002-ci il təvəllüdlü Xaqan Cəfərli küçədə naməlum şəxslərin hücumuna məruz qalıb.
Həmin şəxslər Xaqan Cəfərlini döyərək telefonunu əlindən alıblar.
Zərərçəkmiş hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü Elşən Məmmədov və 2002-ci il təvəllüdlü Elgün Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.