18 May 2020 09:19
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayon polis şöbəsinə rayon ərazisində yerləşən 3 mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Yaqut İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hal-hazırda təqsirləndirilən şəxs kimi axtarışda olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər