18 May 2020 09:34
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində 91 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun sürücüsünün 60 manat pulu oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi Post-Patrul Bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Xırdalan şəhər sakini, 1988-ci il təvəllüdlü Bilal Əsədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb


Müəllif: Hacı Zeynalov