18 May 2020 12:39
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, mayın 18-nə keçən gecə Bərdə şəhəri ərazisində şəhər sakinləri İ.Mustafayevin idarə etdiyi “Nissan”, F.Əliyevin idarə etdiyi “KİA” və Gəncə şəhər sakini T.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə T.Əliyev və sərnişini Elgün Məmmədov, habelə F.Əliyevin sərnişini A.Əliyev xəstəxanaya yerləşdirilib, E.Məmmədov orada ölüb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov