18 May 2020 12:51
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini B.İmamverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Mirzəliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov