Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Qullar kəndi ərazisində Mazımçay kənd sakini M.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən kənd sakini Cavadxan Şəkiliyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.