19 May 2020 11:00
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ramana qəsəbəsində naməlum şəxs S,Əliyevin evindən 1000 ABŞ dolları oğurlayıb.

S.Əliyev hadisə barədə polis əməkdaşlarına məlumat verib. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Elşən İsayev saxlanılıb.

Bundan başqa, Sabunçu rayon Ramana qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı Şuşa şəhərciyində də oğurluq hadisəsi baş verib.

Naməlum şəxslər həmin şəhərciyin sakini İlqar Babayevə məxsus mənzilə daxil olaraq oradan dəyəri 1600 manat olan televizor, məişət əşyaları və 3 qol saatı oğurlayıblar.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Sərdar Qəzənov və 1989-cu il təvəllüdlü Hikmət Qurbanov saxlanılıb.

Hər iki fktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov