2 Oktyabr 2014 21:18
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bahar Muradova: "Qələbəyə hesablanmış fəaliyyət davam etdirilir"Azərbaycanda bələdiyyə qurumları idarəetmə şəbəkəsində özünün layiqli yerini tutmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

O, www.yap.org.az saytına müsahibəsində bildirib ki, əvvəllər Azərbaycanda bələdiyyələrin sayı həddən çox idi. Bələdiyyə qurumlarının təmərküzləşməsi, birləşdirilməsi, daha güclü birləşmiş bələdiyyələrin yaradılması üçün Milli Məclisdə bu məsələyə dəfələrlə baxıldı. İndi bələdiyyələrin sayı 1600-dək azalıb və bu, onların işinə müsbət təsirini göstərib.

B.Muradova qarşıdan gələn bələdiyyə seçkilərindən də danışıb: "Ötən bələdiyyə seçkiləri ərəfəsində bələdiyyə üzvləri içərisində olan qadınların iştirakı 4 faizədən 27 faizə yüksəldi. Bu, çox böyük uğurdur və bilavasitə YAP-ın təşkilatçılığı sayəsində əldə olunub. Qələbəyə hesablanmış fəaliyyət yenə də davam etdirilir. Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar YAP Qadınlar Şurasının rayon və şəhər təşkilatlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və tapşırıqlar yerlərdə icra olunur".

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri bu ilin dekabrında keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər