21 May 2020 11:40
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Zəhmətkənd kəndi ərazisində Gəncə şəhər sakini Elxan Məmmədovun idarə etdiyi “NazLifan” və Şəmkir rayon sakini N.Qarayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölüb.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov