2 May 2014 12:53
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Spiker mətbuatı da tənqid etdi

Parlamentin bugünkü iclasında millət vəkili Azaq Quliyev də Şəffaflıq Azərbaycan təşkilatının hesabatını tənqid edib:

“Heç bir əsasa və fakta söykənməyən hesabatdır. Bu məqsədyönlüdür və parlamentin nüfuzuna zərbə məqsədilə edilir. Bu gün Rəna Səfərəliyeva haqqında verilən məlumatlar təəssüf yaratdı. Bəlli oldu ki, Leyla Yunusla əlaqəlidir. Xalq diplomatiyası bir sıra insanlar tərəfindən istismar edilir. Xalq diplomatiyası adından Azərbaycana qarşı istifadə olunur. Ermənistan QHT-ləri beynəlxalq hüquqa uyğun olaraq erməni hakimiyyətinə söz deyə bilərsə, bəli, bu halda işləmək olar. Biz neçə vaxtdır deyirik ki, Dağlıq Qarabağın erməni və Azərbaycan icmasının görüşünü təşkil edin. Amma bunu etmirlər. Çünki bu onlara sərf etmir. Amma Leyla Yunusu xalq diplomatı ediblər”.

Azay Quliyevin çıxışına münasibət bildirən spiker isə hesabatın qarşıdurmaya hesablandığını qeyd etdi:
“Azərbaycan Şəffaflıq və Korrupsiyaya qarşı qurumun sənədi ilə tanış oldum. Onlar araşdırma deyil, qarışdırma ilə məşğuldur. Küçə sözlərini götürüb hesabata qoyublar. Son vaxtlar məndə hiss edirəm ki, nəinki QHT-lər, mətbuat parlamentə qarşı haqsız irad bildirir. Sizdən xahiş edirəm ki, diqqətli olun. Biz bilirik ki, əsas problem Qarabağdır. ATƏT-in Minsk qrupunu yaratdılar. Bu günə qədər inkişaf görməmişdik. İndi inkişaf əvəzinə geriləmə görürük. Elə həmsədr var ki, problemdən xəbəri yoxdur. İşi-gücü Tvitter-də yazmaqdır. Bu yaxınlarda ABŞ-da bir erməni diasporunun tədbiri keçirilirdi. Amerikalı həmsədr orada iştirak etməli idi. Çox sağolsun ki, etmədi. İndi Qarabağı tərəfdaş ediblər, bu mümkün deyil. Bizim böyük məsələlərimiz var və bununla məşğuldur. Məndən inciməsinlər, bəzən mətbuatı açıb baxıram, bir-birindən yazırlar. Araşdırma, analitik məqalə yoxdur. Hamısı dedi-qodu, şər, bir-birinə sataşmaqdır. Bizim ciddi problemlərimiz var. Bununla məşğul olmaq lazımdır”.

Nemət


Müəllif: