22 May 2020 12:33
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” və E.Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub.

Nəticədə F.Əsədov, sərnişini olan qızı və E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib, F.Əsədov orada ölüb.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov