25 May 2020 01:16
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Feysbuk səhifəsində yazıb.

Minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında toplaşan insanlara çırpıb.

Nəticədə 13 nəfər, o cümlədən 10 uşaq müxtəlif dərəcəli xəsarət alıblar.

Şəhər xəstəxanası, bütün şəhər strukturları hadisə ilə bağlı fəaliyyət başındadırlar:

“Şəhər xəstəxanasında bütün imkanlar xəsarət alanların müayinə və müalicəsi üçün səfərbər olunub, bütün tibb personalı təcili surətdə işə çağrılıblar”, - deyə deputat bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər