28 May 2020 16:00
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Xaçmazda keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, mayın 27-də Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğuna görə məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik vasitə olan heroin və metamfetamin götürülüb.

Mirəli Aydəmirov saxlanılarkən özünü yıxmaqla baş və bədənini yerə çırpıb özünə xəsarət yetirib.

O, dərhal polis əməkdaşları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov