30 May 2020 01:18
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, rayonun Əlikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com