30 May 2020 09:14
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ramiz Quliyev küçəsində 1973-cü il təvəllüdlü İlqar Xəlilov iki nəfər şəxslə mübahisə edib.

Mübahisə zamanı həmin şəxslər İlqar Xəlilovu bıçaqlayıb və hadisə yerindən qaçıblar.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. İlqar Xəlilovun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxslərin tutulması üçün əəliyyat tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov