Bakının Nəsimi rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da yaşayan 1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti hamamda tapılıb.
Onun dəm qazından boğulduğu məlum olub.
Aydan Allahverdiyeva həmin ünvanda ailəsi ilə birlikdə kirayədə yaşayırmış.
Faktla bağlı cinayət işi başlanıb.