31 May 2020 11:54
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Cibir kəndindəkənd sakini, 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev və 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən mişar daşı ilə hörülmüş hasar və hasarın tərkib hissəsi olan daş tumbalar, dəmir qapı uşaqların üstünə aşıb.

Hadisə nəticəsində Arif .Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə bağlı Qusar rayon Prokurorluğunda araşdırma başlanıb.


Müəllif: Hacı Zeynalov