3 Oktyabr 2014 16:00
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın müdafiə naziri Yozas Olekas ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri və hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.

H.Məmmədzadə müdafiə nazirinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Səfir Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi və peşəkarlığının artırılmasına xüsusi önəm verildiyini bildirərək, Y.Olekasa Azərbaycanda son dövrlərdə Silahlı Qüvvələr sistemində aparılan islahatlardan da danışıb.


Müəllif:

Oxşar xəbərlər