1 İyun 2020 01:36
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İnsident rayonun Mexkalon yaşayış məntəqəsində qeydə alınıb.

Abşeron Rayon Polis İdarəsindən Teleqraf.com-a bildirilib ki, 1980-ci il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi “Mercedes 1317L” markalı yük avtomobili yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com