1 İyun 2020 11:05
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun İ.Həbibov küçəsində Rasim Məmmədova qarşı quldurluq edilib.

Belə ki, Ruslan Abdullayevin evinin qarşısında dayanan Bakı şəhər sakini Rasim Məmmədovu aldadaraq evinə dəvət edib.

Ruslan Abdullayev evində Rasim Məmmədovun boğazına bıçağı söykəyərək onu ölümlə hədələyib, daha sonra onun cibindəki 30 manatını alıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Allahverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov