1 İyun 2020 11:29
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərində bacı və qardaş atalarından polisə şikayət ediblər.

Teleqraf.com xəbər verir ki, mayın 29-da Şəki şəhər sakinləri olan bacı və qardaş polisə ərizə ilə müraciət ediblər.

Hər iki şəxs ataları, əvvəllər məhkum olunmuş R.Süleymanovun onları bıçaqla öldürəcəyi ilə hədələməsini bildiriblər.

Şəki şəhər-rayon polis şöbəsi əməkdaşları tərəfindən R.Süleymanovun yaşadığı evə baxış zamanı 1 ədəd avtoqələm formasında yivsiz silah, 2 ədəd bıçaq, 41 ədəd patron və 15 ədəd giliz aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər