Mingəçevir şəhərində bazarda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, mayın 16-da Mingəçevir şəhər bazarında A.Rüstəmovanın çantasından içərisində 270 manat olan pulqabısı oğurlanıb.
Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini M.Mehdiyeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.