4 Oktyabr 2014 10:35
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın milli müdafiə naziri Yozas Olekas Azərbaycana rəsmi səfər edəcək. Səfər 8-10 oktyabr tarixlərinə planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.

Cümə günü Vilnüsdə Azərbaycan səfirinin Yozas Olekas ilə görüşü olub.

Görüş zamanı Bakıya qarşıdakı səfərin gündəliyi, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Səfir nazirə Azərbaycanın Silahlı Qüvvələri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.

Azərbaycana səfər başa çatdıqdan sonra litvalı nazir Gürcüstana səfər edəcək. Bundan əvvəl o, Ermənistana səfər etmişdi.


Müəllif:

Oxşar xəbərlər