5 İyun 2020 13:10
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda silahlı insident olub

Teleqraf.com xəbər verir ki, iyunun 3-də saat 1 radələrində Səbail rayonu ərazisində bir nəfərin xuliqanlıq zəminində Bakı şəhər sakini H.Hüseynovu hədələyərək odlu silahdan havaya atəş açması barədə daxil olmuş məlumatla əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov