6 İyun 2020 15:36
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb. Qadının həyat yoldaşı ərazidə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib.

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıblar.

Bundan başqa, Xəzər rayonu, Binə qəsəbəsində yaralı qadına ərazidə xidmət aparan Xəzər rayon Polis İdarəsinin Dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən ilkin təcili yardım müdaxiləsi göstərilməklə xəstəxanaya çatdırılıb.

Qadın mətbəxtdə qab yuyarkən sınan şüşə onun qoluna bataraq, damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.


Müəllif: Hacı Zeynalov