7 İyun 2020 17:13
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları rayonun Qabil Süleymanov küçəsində yerləşən “Xəzri” yataqxanasının damında domino oynayan şəxsləri aşkarlayıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Damino oynayanlar barsəində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər