Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Binə qəsəbəsi ərazisində qəsəbə sakini Z.Məmmədzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “QAZel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Məmmədov saxlanılıb.