Qaxda 12 yaşlı uşağı avtomobil vurub.
Teleqraf.com nun məlumatına görə, hadisə axşam saatlarında baş verib.
2008-ci il təvəllüdlü Luka Poladaşvili yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan L.Poladaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hal-hazırda yaralının müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.