10 İyun 2020 13:57
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun R.Rüstəmov küçəsi 66 ünvanının qarşısında Bakı şəhər sakini Şəhriyar Zülfüqarzadə 3 nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxslər ona zor tətbiq etməklə 109 manatını, "Samsung" markalı mobil telefonunu və köynəyini alaraq hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinə məlumat verilib.

Hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər