Sumqayıt şəhərində həyat yoldaşına küçədə dəfələrlə bıçaq zərbəsi vuran Teymur Şıxkərimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatına baxılıb.
Teymur Şıxkərimovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, iyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
Məlumata görə, ətrafda olan insanların köməkliyi ilə Aygün Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Aygün Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Teymur Şıxkərimovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Sumqayıt şəhər Prokurorluğunda istintaq davam edir.