Ceyranbatan su anbari yaxınlığındakı yanğın söndürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
***
14:35
Fövqəladə hallar nazirinin müavinləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın baş verən əraziyə gedib.
Bu barədə Teleqraf.com-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, yanğının söndürülməsi üçün dərhal əraziyə nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
***
12:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.