14 İyun 2020 09:35
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Dağ Kəsəmən kəndində 1977-ci il təvəllüdlü Tural Heydərov ilə həmkəndlisi, 1981-ci il təvəllüdlü Hürriyyət Şəmilov arasında mübahisə yaranıb.

Onların mübahisəsi sonradan əlbəyaxa davaya çevrilib.

Dava zamanı Tural Heydərov Hürriyyət Şəmilovun boğazını bıçaqla kəsib. O, hadisə yerində ölüb.

Tural Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər