Yardımlı rayonunda ağır yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, rayonun Fındıqlı-Qışlaq kəndi ərazisindəki otlaq sahəsində kənd sakini Q.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Yardımlı rayon polis şöbəsində araşdırma aparılır.