Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki internet klubların birinin oyun zalından 2400 manat dəyərində 5 televizor, noutbuk və toster oğurlanlıb.
Baş Cinayət Axtarışı İdarəsi və Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini O.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.