Şirvan şəhərində yaşayış evinə maskalı basqın olub.
Teleqraf.com xəbər verir ki, iyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gələn 2 maskalı şəxsin onu döyərək 2000 manat pulunu götürüb getmələri barədə Şirvan şəhər polis şöbəsinə məlumat daxil olub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Şirvan şəhər polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılıblar.