Kür çayının Tovuz rayonundan keçən hissəsində boğulma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində 2 nəfərin suda boğulduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.