Masallı rayon sakini ölüdürlməklə hədələnib.
Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsinə müraciət edən Kürdəbaz kənd sakini M.Zalıyev iyunun 14-də Viləş kənd sakini B.Bədəlovun onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib.
Polis əməkdaşları tərəfindən B.Bədəlovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.