6 Oktyabr 2014 20:35
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus və Azərbaycan qarşılıqlı ticarətin həcmini hərtərəfli genişləndirməlidirlər.

Teleqraf.com-un Trendə istinadən verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın xarici işlər naziri ilə görüşündə deyib.

A.Lukaşenko bildirib: "Biz Azərbaycanı bir çox məhsulların istehsalı üzrə dayaq bazasına çevirməli və bu ərazidən birgə istehsal edilən məhsulları regiona satmalıyıq".

Prezident qeyd edib ki, Belarus tərəfi Azərbaycanda daha çox təlabat olan Belarus texnikasının istehsalının inkişafına böyük diqqət ayırır: "Bu, Azərbaycan şirkətlərinin belə layihələri həmişə maliyyə cəhətdən dəstəkləməsi baxımından da vacibdir".

A.Lukaşenko əlavə edib ki, iki ölkənin əməkdaşlığı bütün istiqamətlər üzrə qurulur: "İki ölkənin çox böyük əməkdaşlıq perpektivləri var".

E.Məmmədyarov isə, öz növbəsində, bildirib ki, ikitərəfli əlaqələrin qiymətləndirilməsi baxımından iki ölkənin mövqeyi üst-üstə düşür: "Biz, eyni zamanda, əmtəə dövriyyəsinin artırılmasını hədəfə almışıq, çünki siyasi baxımdan beynəlxalq arenada bütün beynəlxalq məsələlər üzrə, demək olar ki, mövqelərimiz üst-üstə düşür".


Müəllif:

Oxşar xəbərlər