2 May 2014 15:18
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrailin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz da iştirak edib.

BƏXTİYAR


Müəllif: