Şamaxı rayonunda intihar cəhdinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Şamaxı rayonunda 1 nəfərin natamam tikilinin üzərinə çıxaraq intihar etmək istəməsi barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri, o cümlədən aparılan psixoloji söhbətlər nəticəsində vətəndaş özünə qəsd etmək fikrindən daşınıb.