21 İyun 2020 12:26
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyunun 17-də, gecə saat 01.00-da Mehdiabad qəsəbə qəbiristanlığında Bakı şəhər sakini X.Muradov üç nəfər şəxs tərəfindən döyülüb.

Daha sonra həmin şəxslər X.Muradovun 500 manatını və şəxsiyyət vəsiqəsini alıblar.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov, N.Cəfərov və F.Nəzərov müəyyən ediliblər.

Onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər