Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Muxtarov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Goranboy rayon sakini Şəhriyar Zeynalovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerinə ölüb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.