Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.