Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 13-dən iyunun 1-dək olan müddətdə Gəncə şəhər sakinləri olan 4 qadının çantalarından pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənova saxlanılıb.