Sabirabadda Kürdə batan Hacıqabul sakininin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, Kür çayının rayonun Ulacalı kəndi ərazisindən keçən hissəsində batan, Hacıqabul rayonunun Qarasu kənd sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlunun meyiti Bulduq kəndində tapılaraq sudan çıxarılıb.
Qeyd edək ki, 5 uşaq atası olan T.Soltanov ötən gün Kür çayına yıxılaraq batıb.