28 İyun 2020 23:15
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Altıağac qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 45 m² sahədə və zirzəmisinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com