29 İyun 2020 14:52
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 28-də saat 1 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində Qovlar kənd sakini S.Ağayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən kənd sakini Mehman Nağıyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa, həmin gün saat 11 radələrində Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində kənd sakini Şamxal Əsgərovun idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini H.Nəcəfovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Ş.Əsgərov xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov