30 İyun 2020 10:00
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Nizami küçəsində Yaqub Hacıyevi mübahisə zəminində həmyerlisi Vüqar Həsənov bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hdisəni törədən Vüqar Həsənov həbs edilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov