30 İyun 2020 14:54
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov