Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Sahil qəsəbəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü İmanova Zərifə Qənaət qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.